Qadin.NET / Türkiyədə söz cinayəti

Türkiyədə söz cinayəti

 

Türkiyənin yeni qəbul olunan demokratikləşmə paketinə əsasən, bəzi söz və ifadələrin təhqir mənasında istifadə olunması cinayət sayılacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Star" qəzeti xəbər verib.Məlumatda bildirilir ki, Türkiyədə qəbul olunan demokratikləşmə paketinə əsasən, nifrət, təhqir, dini və irqi ayrı-seçkilik, həyat tərzinə müdaxilə kimi maddələr ilk dəfə olaraq ölkənin Cinayət Məcəlləsinə daxil ediləcək. Qanun layihəsinə əsasən, bəzi söz və ifadələrdən vətəndaşların dilini, irqini, milliyyətini, cinsini, siyasi düşüncəsini, fəlsəfi inancını, dinini və ya məzhəbini təhqir etmək məqsədilə istifadə olunması artıq cinayət sayılacaq. Məlumatda o da qeyd olunur ki, zənci, qaraçı, yobaz (geridə qalmış), yezid, ateist, gavur (kafir), qızılbaş ifadələrinə görə verilən cəzalar arta bilər. Bu ifadələrin istifadəsinə görə, bir ildən üç ilə qədər həbs cazası nəzərdə tutulur. Sentyabrın 30-da Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə demokratikləşdirmə paketini elan edib.

Mənbə: Milli.Az

2 oktyabr 2013
GO BACK