Qadin.NET / Azərbaycan insan kapitalı indeksinə görə MDB ölkələri arasında üçüncü yeri tutdu

Azərbaycan insan kapitalı indeksinə görə MDB ölkələri arasında üçüncü yeri tutdu

 

Ümumdünya İqtisadi Forumu (ÜİF) tərəfindən tərtib olunan insan kapitalı indeksi reytinqinə görə Azərbaycan MDB ölkələri arasında üçüncü yeri tutur. Trend yazır ki, dünyanın 122 ölkəsinin yer aldığı insan kapitalı indeksinə görə siyahıda Azərbaycan 64-cü yeri tutub. MDB ölkələrindən Qazaxıstan siyahıda 45-ci, Rusiya 51-ci, Ermənistan 73-cü, Gürcüstan 77-ci yeri tutub. ÜİF-in hesabatına görə, təhsil səviyyəsinə görə Azərbaycan 71-ci, işçi qüvvəsi və məşğulluq göstəricinə və əlverişli mühit səviyyəsinə görə 55-ci, səhiyyənin səviyyəsinə görə isə 94-cü yeri tutur. ÜİF-in insan kapitalı indeksi reytinqində ilk üç yeri müvafiq olaraq İsveçrə, Finlandiya və Sinqapur tutur

Mənbə: Milli.Az

2 oktyabr 2013
GO BACK