Qadin.NET / Azərbaycanda "yay havası" nə vaxta qədər davam edəcək?

Azərbaycanda "yay havası" nə vaxta qədər davam edəcək?

 

Azərbaycanda payız ayında "yay havası" davam edəcək

Oktyabrn 3-də Bakı və Abşeron yarımadasında havanın dəyiskən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluğun artacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, cənub-qərb küləyinin sürəti 9-14 m/s, arabir 16-18 m/s olacaq. Axşam şimal-qərb küləyinin sürəti 10-15 m/s, arabir 18 m/s olacaq.Havanın temperaturunun gecə 16-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.Yaxın iki gün ərzində Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin oktyabrın 3-də axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.Mərkəzi-Aran rayonlarında havanın temperaturunun gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

 

Mənbə: Milli.Az

2 oktyabr 2013
GO BACK