Qadin.NET / Köpəkdən insanlıq dərsi

Köpəkdən insanlıq dərsi

 

Labrador cinsindən olan Himalaya adlı it indi dünyaca məşhurdur. O, İnternetin yeni fenomeni də sayıla bilər. İndi 5 yaşı olan German Argentinanın paytaxtı Buenos-Ayresdəki La-Plata səmtində yaşayır.O, Daun sindromu xəstəsidir və insanlardan uzaq durmağa çalışır.German mübtəla olduğu sindrom səbəbindən adama yovuşmur, danışmır, susur və daim nə barədəsə düşünür.German üç il əvvəl Himalayanın yanında olanda çəkilmiş video YouTube-a yükləndiyi zamandan bəri, məşhurdur.Milli.Daily Mail-ə istinadən bildirir ki, Himalaya bu videoda sanki şəfqətli ana kimi davranır."Bu videoda köpəyin insanlıq dərsi verdiyini də söyləyərdim. Belə səmimiyyət, qayğı, şəfqət insanlar arasında çox nadir hisslərdir", - Germanın anası Hanasöyləyib.Daun sindromu xəstələrinin istisnasız olaraq hamısı kimi, German da ona kiminsə toxunmasını sevmir. Lakin Himalaya o qədər şəfqətli və qayğıkeş idi ki, Germanın "buzu əriyir", sonucda o, köpəyin sevgisinə cavab verir.

 

 

Mənbə: Milli.Az

2 oktyabr 2013
GO BACK