Qadin.NET / Ahıllar Günü Şəkidə qeyd olunub

Ahıllar Günü Şəkidə qeyd olunub

 

Milli.Az "Kanal S"ə istinadən xəbər verir ki, Beynəlxalq Ahıllar Günü münasibəti ilə Şəki Əhalinin Sosial Müdafiəsi Mərkəzi Şəkidə yaşayan ahıllarla görüş keçirib. Görüşdə mərkəzin rəhbərliyi ahılları bayram münasibəti ilə təbrik edib. Daha sonra ahıllara bayram günü münasibəti ilə mərkəz tərəfindən bayram sovqatları paylanılıb. Əhalinin sosial müdafiə mərkəzinin əməkdaşları tədbirə qatıla bilməyən bəzi ahılları evlərində ziyarət edərək onlara bayran sovqatlarını təqdim ediblər.  Əhalinin Sosial Müdafiə Mərkəzinin tərkibində sosial məişət xidməti şöbəsi fəaliyyət göstərir ki, onlar da Şəkidə qeydiyyatda olan ahıllara xidmət edirlər. Həmin şöbədə ümumilikdə 38 nəfər çalışır ki, onlardan 20-si şəhər, 18-i isə kəndlərdə yaşayan ahıllara evlərdə xidmət göstərir. Qeyd ki, Şəki rayonu üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sosial məişət xidməti şöbəsində ümumilikdə 384 nəfər ahıl qeydiyyatdadır. Həmin ahıllardan 351-i 70 yaşdan yuxarı tənha və əlildir. 384 ahıldan 72 nəfəri isə 1 və 2-ci qrup əlildir. 

 

Mənbə: Milli.Az

2 oktyabr 2013
GO BACK