Qadin.NET / Azərbaycan Türkiyədə ən böyük sərmayədardır

Azərbaycan Türkiyədə ən böyük sərmayədardır

 

Türkiyədə ən böyük sərmayədar Azərbaycandır. Bu barədə Trend-ə açıqlamasında "SOCAR Turkey Enerji" şirkətinin rəhbəri, "Petkim" neft-kimya holdinqinin İdarə Heyətinin üzvü Kənan Yavuz bildirib. Onun özlərinə görə, TANAP layihəsi Azərbaycan və Türkiyə üçün strateji qərarlardan biridir. "SOCAR Turkey Enerji"nin rəhbəri bildirib: "TANAP Azərbaycan qazının Avropaya tədarükünə imkan verir və bu layihə xüsusilə əhəmiyyətlidir". Yavuzun sözlərinə görə, ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyədə həyata keçirilən layihələrə (Trans-Anadolu qaz kəməri layihəsi ilə birlikdə) yatıracağı investisiyaların ümumi həcmi 17 milyard dollar təşkil edəcək. Yavuz bildirib: "Hazırda Türkiyədə 17 milyard dollar həcmində xarici investisiya yoxdur"

Mənbə: Milli.Az

2 oktyabr 2013
GO BACK