Qadin.NET / Obama: "Konqresin fəaliyyəti ABŞ iqtisadiyyatını təhdid edir"

Obama: "Konqresin fəaliyyəti ABŞ iqtisadiyyatını təhdid edir"

 

Konqresin büdcə üzrə kompromis tapmaq və dövlət qurumlarının maliyyələşdirilməsini bəyənmək bacarığının olmaması ABŞ iqtisadiyyatını təhdid edir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Birləşmiş Ştatların Prezidenti Barak Obama deyib. B.Obama bəyan edib: "Mən bir daha Konqresi hökumətin işlərini maliyyələşdirmək üçün tədbirlər görməyə çağırıram". Prezident bildirib ki, respublikaçılar tərəfindən hökumətin işlərinin dayandırılması milli iqtisadiyyatı təhdid edir. B.Obama respublikaçıların səhiyyə islahatlarını ləğv etmək və ya saxlamaq cəhdlərinin yenə də səmərəsiz olduğunu deyib

 

Mənbə: Milli.Az

2 oktyabr 2013
GO BACK