Qadin.NET / Böyük Britaniyada müsəlman məktəbi bağlandı

Böyük Britaniyada müsəlman məktəbi bağlandı

 

Böyük Britaniyanın Derbi şəhərində yerləşən müsəlman məktəbi bağlanıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, dövlət nəzarət qurumları tərəfindən məktəbdə aparılan yoxlama burada şəriət qaydalarının həddindən artıq ciddi tətbiq olunduğunu aşkarlayıb.Yoxlamaya məktəbin keçmiş əməkdaşlarının dövlət qurumlarına etdiyi şikayətlər səbəb olub. Şikayət ərizələrində qeyd olunub ki, dini etiqadından asılı olmayaraq bütün müəllimələrdən məktəbə hicabla gəlmələri tələb olunub. Bundan başqa, məktəbdə tətbiq edilən qaydalara görə, qızlardan sinfə daxil olduqda arxa cərgələrdə oturmaları istənilib. Məktəb rəhbərliyinin açıqlamasında təhsil müəssisəsinin sağlamlıq və təhlükəsizlik səbəblərindən bağlandığı bildirilir. Rəhbərlik məktəbin yaxın zamanda açılmasına ümidvar olduğunu bildirib. 

 

Mənbə: Milli.Az

2 oktyabr 2013
GO BACK