Qadin.NET / Azərbaycan yollarında cərimələnməmək üçün ən aşağı sürət həddi hansıdır?

Azərbaycan yollarında cərimələnməmək üçün ən aşağı sürət həddi hansıdır?

 

Bir çox sürücünün marağına səbəb olacaq məsələ ilə bağlı Milli.Az-a məktub ünvanlanıb. Oxucu yazır ki, bir müddət əvvəl sürət həddi saatda 90 kilometr olan yolda 70 ilə idarə etdiyinə görə yol polisi tərəfindən məsuliyyətə cəlb olunub. Belə bir cərimənin tətbiqi düzgündürmü? Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a bildirdi ki, sürət həddi saatda 90 kilometr olan yolda aşağı sürətlə getmək inzibati məsuliyyət yaratmır. Ona görə də, yol polisi tərəfindən belə bir cərimənin olması mümkün deyil və ya texniki səhvdir. Ola bilsin sürücü yaşayış məntəqəsi olan yolda sürət məhdudiyyəti 60 kilometr/saat olan yolda 70-lə keçib. Şöbə rəisinin sözlərinə görə, avtomagistrallarda 50-dən artıq sürəti olan nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Yəni avtomagistrallarda avtomobili saatda 50 kilometrdən aşağı sürətlə idarə etmək qadağandır. Amma sürət 90 olan yerdə yavaş keçməyin heç kimə dəxli yoxdur.

 

Mənbə: Milli.Az

2 oktyabr 2013
GO BACK