Qadin.NET / Siemens 15 min nəfəri işsiz qoyacaq

Siemens 15 min nəfəri işsiz qoyacaq

 

Almaniyanın Siemens mühəndislik şirkətinin yeni baş direktoru Co Kayzerbazarda ABŞ-ın General Electric şirkəti ilə uğurla rəqabət aparmaq üçün işçi heyətində əlavə ixtisarlar etməyi planlaşdırdığını bildirib. Şirkətin mətbuat xidmətindən bildirilib ki, 15 min nəfərin işdən azad ediləcəyi nəzərdə tutulur ki, bu da Siemensin 370 mindən ibarət ümumi ştatının 4 faizini təşkil edir. Milli.Az ICTnews-a istinadən bildirir ki, Siemens nümayəndələri qeyd edib ki, işdən azad olunanların təxminən üçdə bir hissəsi şirkətin Almaniyada çalışan işçiləridir. Xatırladaq ki, bir müddət əvvəl Avropanın nəhəng mühəndislik şirkətlərindən biri olan Siemens dünya üzrə şirkətin ştat vahidinin 8 min azaldılmasını planlaşdırdığını bəyan edib. Bu dəfə isə Siemens işdən azad olunan işçilərin sayını təxminən 2 dəfə artırıb. Almaniya istehsalçısı şirkətin illik mədaxilinin 12 faiz artırılmasını nəzərdə tutan plan hazırlayıb. Bununla eyni vaxtda şirkət cari ilin yayında dəmir yolu və enerji həlləri bölmələrində yol verilən itkiləri kompensasiya etmək üçün 6,3 milyard avro məbləğində vəsaitlərin qənaət olunması planını təsdiq edib. Hazırda Siemensdə ümumilikdə sənaye, yüksək texnologiyalar, tibb və s. sahələrdə müxtəlif həllərlə məşğul olan 60 bölmə fəaliyyət göstərir. İlkin məlumatlara əsasən, Almaniyada şirkətin sənaye bölməsində 2 min, energetika sektorunda 1400 nəfər, şəhər həlləri bölməsində 1400 nəfər çalışır. Bundan başqa, 200 nəfər inzibati işçi heyətini təşkil edir.

 

Mənbə: Milli.az
1 oktyabr 2013
GO BACK