Qadin.NET / Zəlzələ olduqda ayət namazı necə qılınmalıdır?

Zəlzələ olduqda ayət namazı necə qılınmalıdır?

 

Zəlzələ olduqda yalnız həmin bölgə sakinləri ayət namazı qılmalıdırlar, yoxsa bundan xəbər tutanların hamısı? Milli.Az İslam.az ayət namazı Günəş və Ay tutulması, zəlzələ, insanları qorxudan şiddətli ildırım, qasırğa kimi təbiət hadisələri zamanı vacib olar. Ayət namazını həmin təbii fəlakətin hiss edildiyi bölgənin camaatı qılır. Hadisənin duyulmadığı başqa bölgələrin əhalisinə ayat namazı vacib deyil. Günəşlə Ay tutulması və zəlzələ zamanı camaatın qorxub-qorxmaması, adamın onu hiss edib-etməməsi şərt deyil, bu halda da ayət namazı qılınmalıdır. Məsələn, bir nəfər zəlzələ zamanı yatmış olub xəbər tutmasa, yenə ayat namazını qılmalıdır.

 

Mənbə: Milli.Az
1 oktyabr 2013
GO BACK