Qadin.NET / Nokia Lumia 520 lider oldu

Nokia Lumia 520 lider oldu

 

Microsoft korporasiyası bu yaxınlarda əməkdaşları ilə ənənəvi qapalı görüş keçirərək Windows əməliyyat sisteminin idarəetməsi ilə işləyən aparatların satışı ilə bağlı bəzi maraqlı faktları açıqlayıb. Belə ki, korporasiya bildirib ki, dünyanın bir neçə bazarında qiyməti 100 dollardan başlayan Nokia Lumia 520 smartfon modeli (bu model WP-aparatların ümumi satış həcminin təxminən 30 faizinə sahibdir) hazırda dünyada Windows Phone mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən ən populyar aparatdır. Bundan başqa, model texniki uyğunluğuna görə hazırda dünyada ən çox satılan Windows qurğusu olmaqla bazardakı qalan fərdi kompüter, planşet kompüter və digər qurğuları geridə qoyub. Bu isə tam məntiqə uyğundur, çünki smartfon çox əlverişli qiymətə satılır. Milli.Az ICTnews-a istinadən bildirir ki, Microsoft korporasiyası Windows Phone platformasına investisiya yatırmaqda davam edir və bu da tədricən öz bəhrəsini verir. Bununla yanaşı, korporasiya tərəfindən Finlandiyanın Nokia şirkətinin satın alınması da ABŞ istehsalçısının mobil bazarda payının artmasına kömək edə bilər.

 

Mənbə: Milli.az

 

1 oktyabr 2013
GO BACK