İraqın Səlahəddin vilayətində yaşayan hamilə qadın müayinə zamanı əri ilə yanaşı, həkimləri də şoka salıb.Milli.Az Emirates 24/7-yə istinadən bildirir ki, 42 yaşlı qadın bu yaxınlarda 13 uşağı dünyaya gətirəcək.Həkimlər ultrasəs müayinəsi zamanı onun bətnində məhz 13 embrion sayıblar."Arvadım son 5 ildə hamilə qala bilmirdi. Buna görə də ikinci arvad almalı oldum. 13 uşağımın doğulacağı məni sevindirir", - 7 övlad atası olan Fədhil əl Əzavi deyib. Həkimlər 7 övlad anasının bətnindəki 13 uşağın dünyaya sağ-salamat gələcəklərinə şübhə edirlər."Yeni testlər göstərir ki, embrionların 4-ü artıq ölüb. Digər embrionlar sağlamdır. Qadının da vəziyyəti pis deyil. Lakin hamiləliyin son mərhələsində daha bir neçə embrionunun öləcəyini düşünürük", - Tikrit şəhər hospitalının baş ginekoloqu Mikdəm əl Cəburi deyib.