
Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı taborunun 33 hərbçisi bu gün Əfqanıstana yola salınıb.
Bu barədə APAya Müdafiə Nazirliyindən məlumat verilib. Hərbçilər rotasiya əsasında 2014-cü ilin aprel ayınadək Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibində xidmət edəcəklər.Qeyd edək ki, Əfqanıstandakı sülhməramlı kontingentin şəxsi heyəti 6 aydan bir rotasiya əsasında dəyişdirilir. Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlıları 2002-ci ilin noyabr ayından Əfqanıstanda İSAF tərkibində xidmət edir. Hazırda Əfqanıstanda Azərbaycan Silahlı Qüvvələrinin 94 hərbçisi Türkiyə taborunun tərkibində Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirir.
Mənbə: Lent.Az