Qadin.NET / Milli Şura rəqəmlərlə manipulyasiya edir?

Milli Şura rəqəmlərlə manipulyasiya edir?

"Milli Şura reallıq hissini itirib - bu faktdır". Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Proqressiv Sosialist Partiyasının sədri Rüstəm Şahsuvarov bildirib. Şahsuvarov qeyd edib ki, Milli Şuranın son mitinqində 1000-2000 arası adam iştirak edib. Onların 100 minlik mitinq keçirmək barədə dedikləri reallıqla bağlı deyil. "Bunun üçün xalq dəstəyi lazımdır. Bu, heç Milli Şura namizədi Cəmil Həsənliyə heç yaxın da durmur. Düşünürəm ki, 100 min nəfər qeyri-real rəqəmdir", - o əlavə edib.

 

Mənbə: Milli.Az
 

 

1 oktyabr 2013
GO BACK