Qadin.NET / Azərbaycanda yeni fakültə yaradılacaq

Azərbaycanda yeni fakültə yaradılacaq

 

 

Təhsil Nazirliyi “universitetlərdə kukla teatrı aktyoru fakültəsi yaradıla bilərmi” sualına aydınlıq gətirib. Nazirlikdən Lent-a verilən məlumata görə, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti ixtisası üzrə mütəxəssis hazırlığı aparılır. Həmin ixtisasın ixtisaslaşması kimi kukla teatrı aktyoru sahəsində mütəxəssis hazırlığı da aparıla bilər. Bunun üçün təbii ki, universitetdə müvafiq maddi-texniki baza yaradılmalı və digər təşkilati tədbirlər həyata keçirilməlidir. Nazirlikdən verilən məlumatda o da qeyd olunur ki, göstərilən sahəyə olan tələbat nəzərə alınaraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müvafiq işlər artıq həyata keçirilir və 2014-cü ildən etibarən kukla teatrı aktyoru sənəti üzrə mütəxəssis hazırlığının başlanması nəzərdə tutulur.
 

 

Mənbə: Lent.Az

1 oktyabr 2013
GO BACK