73 yaşlı Master Nau dünyanın ən balacaboy adamı olduğunu iddia edir. Milli.Az AHT-yə istinadən bildirir ki, Nepalın paytaxtı Katmandudan 350 km cənubda yaşayan Nau adının "Ginnesin Rekordlar Kitabı"na düşməsini istəyir. Qardaşı ilə birlikdə yaşayan Master Naunun boyu 40 sm-dir. Onun ən yaxın rəqibi isə boyu 68 sm olan tayvanlı kişidir.
Hazırda "Ginnesin Rekordlar Kitabı"nda dünyanın ən balacaboy adamı qismində 72 yaşlı nepallı, 54,6 sm boylu Çandra Bahadur Danginin adı çəkilir.
Mənbə: Milli.Az