63 yaşlf fotoqraf Con Çeyni fillərin vidalaşma səhnəsini çəkib. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Botsvanadakı milli parklardan birində olarkən o, ölmüş əri ilə vidalaşan dişi filini görüb. Onun vida səhnəsi o qədər emosional idi ki, Çeyni kövrəldiyini bildirib.
"Arvadım Diana ilə birlikdə Botsvanada safaridə idik. Qəflətən fil leşi gördük. Yanında isə dişi fil vardı. Dişi fil ölmüş erkək fillə sanki vidalaşırdı. Bir neçə saat leşin yanında durdu, keşik çəkdi. Dişi filin gözlərində yaş vardı", - Çeyni deyib.
Fil leşinin yanında 10 kaftar və onlarla quzğun vardı. Onlar dişi filin getməsini gözləyirdilər ki, leşi parçalasınlar.
Dişi fil isə sən demə, bir neçə saat yox, günlərdən bəri leşin yanında keşik çəkirmiş.
Sonucda o, leşi tərk edib.
Milli Parkın reyncerlərinin dediklərinə görə, ölü fil dişi filin "əri" olub.
Mənbə: Milli.Az