Qadin.NET / Ölü qız qayıtdı, xilas etdi, yoxa çıxdı

Ölü qız qayıtdı, xilas etdi, yoxa çıxdı

 

Tailandda Milli hava limanları idarəsi komissiyası "Thai Airways International" aviaşirkətinə məxsus təyyarənin Banqkok hava limanında sərt enişini araşdırır. Həmçinin sərnişinlərin təxliyyə olunmasında yardımçı olan "ruh stüardessa" axtarılır. 

Çinin Quançjou hava limanından uçan təyyarə sentyabrın 15-də Banqkok hava limanında sağ tərəf şassinin xarab olması ucbatından sərt eniş edib. Təyyarə uçuş zolağından xeyli kənara çıxıb. Hadisə zamanı ölən olmasa da, 13 nəfər təxliyyə zamanı xəsarət alıb.
Sərnişinlərdən biri yerli telekanala açıqlamasında deyib ki, həmin an dəhşətli panika var idi: "Hamı düşünürdü ki, təyyarə yanacaq və qəza çıxışlarından qaçmağa çalışırdılar. Stüardessalar özlərini itirmişdilər və vəziyyət nəzarətdən çıxmışdı. Panikanın qızğın vaxtında Tailand milli geyimində olan stüardessa gördüm. Sinəsindəki birkadan adını oxuya bilmədim. O çox sakit tərzdə sərnişinlərə müraciət edir, səliqə-səhman yaradırdı. Təxliyyədən sonra isə onu heç kim görmədi". Hadisədən sonra heyət işçilərinin hamısı aviaşirkətin geyimində olduqlarını iddia ediblər. Müşahidə kameralarından da görünür ki, bütün heyət üzvləri aviaşirkətin uniformasında olublar. Ekstrasenslər isə iddia edirlər ki, həmin "qoruyucu mələk" 1998-ci ildə "Thai Airways"-ə məxsus təyyarənin qəzaya düşməsi nəticəsində ölən stüardessalardan biridir.

 

Mənbə: Milli.Az

1 oktyabr 2013
GO BACK