Qadin.NET / Azərbaycan – Rusiya oyununun hakimləri müəyyənləşib

Azərbaycan – Rusiya oyununun hakimləri müəyyənləşib

Oktyabrın 15-də keçiriləcək DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycan - Rusiya oyununun hakimləri müəyyənləşib.

Trend-in Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, görüşü Milorad Majiçin rəhbərlik etdiyi serbiyalı hakimlər heyəti idarə edəcək. Ona Milovan Ristiç və Dalibor Djurçeviç kömək göstərəcəklər.

 

Mənbə:Milli.Az

1 oktyabr 2013
GO BACK