Qadin.NET / Ölkəmizdə yay vaxtı ləğv ediləcək

Ölkəmizdə yay vaxtı ləğv ediləcək

 

27 oktyabr 2013-cü il tarixində Azərbaycanda yay vaxtı ləğv ediləcək.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli Qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 27 oktyabr 2013-ci il tarixində saat 5:00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcəkdir.

 

Mənbə: Milli.Az

1 oktyabr 2013
GO BACK