Qadin.NET / İranda güclü zəlzələ olub

İranda güclü zəlzələ olub

 

 

Bu gün İranın Buşəhr vilayətinin Borazcan şəhərində 4,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın İRNA xəbər agentliyinə istinadən məlumat verir.Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoqrafiya Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 03:14-də qeydə alınıb. İnsan tələfatı və dağıntılar barədə hələlik məlumat yoxdur. Borazcan şəhəri Buşəhrin 65 kilometr şimal-şərqində yerləşir.

Mənbə: Milli.Az

1 oktyabr 2013
GO BACK