Qadin.NET / "Kanal S" mövsümün açılışını etdi

"Kanal S" mövsümün açılışını etdi

 

Milli.Az "Kanal S"ə istinadən xəbər verir ki, Kanal S yeni mövsümdə maraqlı və baxımlı proqramları ilə tamaşaçılarının görüşünə gəlib. Yeni mövsüm "Kanal S Xəbər"in 06.30 buraxılışı ilə başlayıb. Sonra "Kanal-S"-in tamaşaçıları "GÜNƏ DOĞRU” verilişini izləyiblər. Azərbaycanın bütün bölgələrindən və dünyanın müxtəlif ölkələrindən olan xəbərləri operativ şəkildə tamaşaçılara çatdıran “Günə Doğru” 2 saat davam edib. Tamaşaçılar mövsüm boyu tarixdə baş verənləri, pozitiv əhval-ruhiyyə bəxş edən ifaları, hava proqnozu, ən məşhur qonaqlarla söhbəti, bir sözlə, marağa səbəb olacaq müxtəlif sujetləri "Günə doğru" proqramından izləməklə günlərinin daha xoş başlanmasını təmin edə biləcəklər.

Sonra “Ziqsaq” əyləncəli buraxılışı Sədaqət Məmmədzadə və Ziyanur Cabbarovun təqdimatında tamaşaçıların görüşünə gəlib. Həm balacalar, həm də böyükləri əyləndirməyi qarşısına məqsəd qoyan proqram ilk buraxılışında öz istəyinə nail ola bilib. “Kanal S”in tamaşaçılarına yaxşı tanış olan "Yaşamaq gözəldir" layihəsinə növbəti mövsümdə də efir payı ayrılıb. Bu mövsüm də “Yaşamaq gözəldir” verilişi yeni əhval-ruhiyyədə yenə tamaşaçılarının görüşünə gəlib.
Bir sözlə, "Kanal S"in bütün əməkdaşları yeni mövsümdə tamaşaçıların zövqünü oxşamaq üçün öz iradəsini ortaya qoyublar və bu zəhmətin bəhrəsi elə ilk gündən özünü büruzə verib. Tamaşaçıların qarşısına tam hazırlıqlı çıxmaq üçün səylərini uzun müddətdir davam etdirən "Kanal S" əməkdaşlarının sonuncu günü daha gərgin keçib. Bütün bu gərginliyə baxmayaraq hər kəs tamaşaçılara möhtəşəm proqramlar təqdim etmək üçün çox böyük həvəslə çalışıb. Həmişə öz yenilikləri ilə təəccübləndirməyi bacaran "Kanal S" bu dəfə də öz ənənəsinə sadiq qalaraq izləyicilərinin maraq və tələbatını nəzərə almaqla 24 saat ərzində tamaşaçılarının görüşünə gələcək.

Mənbə: Milli.Az

1 oktyabr 2013
GO BACK