Qadin.NET / Qərb bölgəsində yerli pambıq sortlarının yığımına başlanılıb

Qərb bölgəsində yerli pambıq sortlarının yığımına başlanılıb

 

Milli.Az "Kəpəz TV"yə istinadən xəbər verir ki, hava şəraitinin əlverişsiz olması respublikada pambıq yığımının gec başlanmasına səbəb olub. Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun təcrübə sahəsində artıq pambıq yığımına başlanılıb. Qeyd edək ki, təcrübə sahəsində becərilən pambıqlar yerli sortlardır. Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru Həsənalı Aslanov bildirib ki, yerli sortların qozası xaricdən gətirilən sortlarla müqayisədə daha tez açıb. Bu da məhsul itkisinin yaşanmamasına zəmin yaradıb. Təcrübə sahəsindən gün ərzində 2 tona yaxın pambıq yığılır.

Mənbə: Milli.Az

1 oktyabr 2013
GO BACK