Milli.Az "Kəpəz TV"yə istinadən xəbər verir ki, əvvəllər uşaqların məktəbə getməsi üçün baza bilikləri kifayət edirdisə, indi gələcəyin şagirdi daha hazırlıqlı olmalıdır. Son zamanlar ölkəmizdə məktəbəqədər təhsil müəssisələrində aparılan islahatlar bu sahəyə valideynlərin diqqətini daha da artırıb. Məktəbəqədər tərbiyə uşağın erkən yaşda sosiallaşması, ictimaiyyətə adaptasiyası, vacib ünsiyyət vərdişlərinə yiyələnməsi, müstəqillik təlimi, sərbəst davranış bacarıqları qazanmasında mühüm rol oynayır. Hazırda Gəncə bağçalarında 4285 uşaq təlim-tərbiyə alır. Bu tədris ili birinci sinfə gedən uşaqların 1200 nəfəri bağçadan gələnlərdir.
Mənbə: Milli.Az