Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Milli.Az Anspress-ə istinadən oktyabrın 1-də baş verən əlamətdar hadisələrə nəzər salır. 

 

Miladi: 01 oktyabr 2013
Hicri: 25 Zülqədə 1434
İlin 274-cu günü
İlin sonuna 91 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 06.25
Günəş - 07.35
Zöhr - 13.35
Əsr - 17.21
Məğrib – 19.41
İşa – 20.58
E.ə.331 – Assuriyanın qədim paytaxtı Nineviya yaxınlığındakı Qavqamela adlanan yerdə Ön və Orta Asiyanın bir çox xalqlarının taleyinə təsir göstərmiş döyüş olmuşdur. Qavqamel döyüşündə Makedoniyalı İsgəndər I Daraya qalib gəlmişdir.
1795 – Belçika Fransaya birləşdirilmişdir.
1827 - Rusiya qoşunları İranla müharibə (1826-1828) gedişində İrəvan qalasını ələ keçiriblər. General Paskeviçin qoşunları bundan az öncə (20 sentyabr) bölgədəki əsas strateji məntəqə olan Sərdarabad qalasını işğal edəndən sonra İrəvanın müdafiə imkanları zəifləmişdi. İrəvanın işğal olunmasında erməni əhalisi, Eçmiədzin kilsəsi ruslara hər cür yardım göstərmişdi. İrəvanın ələ keçirilməsinə görə Rusiya çarı general Paskeviçə "Qraf Erivanski" titulu vermişdi. İrəvanın süqutu müharibənin müqəddəratını faktiki olaraq həll etdi. 
1848 – "Simens" şirkətinin əsası qoyulmuşdur.
1853 – Avstriya yəhudiləri torpağa mülkiyyət hüququndan məhrum edilmişlər.
1880 – Tomas Edison ilk lampa fabrikini qurmuşdur.
1887 – Bəlucistan Hindistana birləşdirilmişdir.
1891 – Fransanın "Bordo" futbol klubu yaradılmışdır.
1895 – Fransa Madaqaskarı işğal etmişdir.
1898 – Rus çarı II Nikolay yəhudilərin böyük şəhərlərdən kənarlaşdırılması barədə əmr vermişdir.
1908 – Fordun "T Model" avtomobili satışa çıxartmışdır.
1918 - Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının yaradılması barədə qərar qəbul edib. Prezident Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
1923 – Ankara Türkiyənin paytaxtı müəyyənləşmişdir.
1936 – General Franko, İspaniyada milliyətçi hökumətə rəhbərlik etmişdir
.1946 – Nürnberq prosesi sona çatmışdır.
1949 – Mao Tse Dunun başçılığıyla Çin Xalq Respublikası qurulmuşdur: Mao, Çin Xalq Respublikasının ilk Sədri seçilmişdir.
1952 – Amerikalı əsgərlər Cənubi Koreyada nümayişə çıxan əsir çinlilərə atəş açmışlar: 52 nəfər ölmüş, 140 nəfər yaralanmışdır.
1958 – NASA təsis edilmişdir.
1960 – İlk "Zaporojest" minik avtomobili konveyerdən çıxmışdır.
1963 – Əlcəzair prezidenti Əhməd Bin Bella ölkədə fransızlara aid bütün torpaqların milliləşdirilməsi fərmanı vermişdir.
1977 – Pele futbolu tərk etmişdir.
1982 – Helmut Kol federal Almaniyanın kansleri seçilmişdir.
1985 – İsrail qüvvələrinin Tunisdəki Fələstin Azadlıq Təşkilatı (FKT) idarələrinə etdiyi hava hücumunda 68 nəfər ölmüşdür.
1987 – Mixail Qorbaçov Sovet İttifaqının ilk prezidenti olmuşdur.
1988 – Estoniya Xalq Cəbhəsi yaradılmışdır.
1989 – Kopenhagendə ilk homoseksual nikah bağlanmışdır.
1992 - BMT-nin Nyu-Yorkdakı iqamətgahında Azərbaycan Respublikasının nümayəndəliyi açılıb. Bunadək Azərbaycanın BMT-dəki nümayəndəliyi Türkiyənin təşkilatdakı nümayəndəliyində yerləşirdi. 
1996 — Azərbaycan Respublikası Qabon ilə diplomatik əlaqələr qurmuşdur.
1996 – Taliblər Bürhanəddin Rəbbanini devirərək hakimiyyətə gəlmişlər.
1999 – İkinci Çeçenistan müharibəsi başlanmışdır.
2001 – Azərbaycan Respublikası "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya"ya qoşulmuşdur.
2003 - ABŞ-ın Klivlend Klinikasında müalicə olunan prezident Heydər Əliyev Azərbaycan xalqına müraciət edib. Dövlət başçısı səhhətindəki problemlər üzündən prezident seçkilərində iştirak edə bilməyəcəyini bildirib və seçiciləri baş nazir, Yeni Azərbayjan Partiyası sədrinin 1-ci müavini İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb. Bu, Heydər Əliyevin Azərbaycan xalqına son müraciəti idi. 

2004 – İspaniya parlamenti eyni cinsdən olanların nikahına icazə vermişdir.

Mənbə: Milli.Az

1 oktyabr 2013
GO BACK