Qadin.NET / Obamanın İran planını Netanyahu açıqladı

Obamanın İran planını Netanyahu açıqladı

 

ABŞ İrana qarşı hərbi müdaxiləni istisna etmir. ABŞ prezidenti Barak Obama İranın nüvə proqramının hərbi məqsədlər üçün istifadə edilməsinin qarşısını almaq üçün bütün imkanlardan, hətta, hərbi gücdən istifadə edə bilər. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. O, Barak Obamanı İrana qarşı sanksiyaların daha da sərtləşdirilməsinə çağırıb. Baş nazir deyib ki, İran üvə proqramı ilə bağlı söz deyil, əməl nümayiş etdirməlidir.

 

Mənbə: Milli.Az

1 oktyabr 2013
GO BACK