Qadin.NET / Hava haqqında - 01.10.2013

Hava haqqında - 01.10.2013

Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, əsasən, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 14-17°, gündüz 18-23° isti, Bakıda gecə 14-16°, gündüz 20-22° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 55-60 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 24-29° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacaq, gündüz tədricən kəsiləcək.
Temperaturun gecə 6-11°, gündüz 16-21° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 22-27° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacaq, gündüz tədricən kəsiləcək.
Temperaturun gecə 8-13°, gündüz 18-23° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Temperatur gecə 12-17°, gündüz 24-29° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacaq, günün ikinci yarısında tədricən kəsiləcək.
Temperaturun gecə 15-17°, gündüz 20-25° isti, dağlarda gecə 7-12°, gündüz 14-19° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Oktyabrın 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, oktyabrın 2-si və 3-ü axşamadək normadan aşağı atmosfer təyziqi fonunda arabir güclənən gilavar küləyi, əsasən, əlverişsizdir.

Mənbə: Milli.Az

1 oktyabr 2013
GO BACK