Qadin.NET / Günün ulduz falı - 01.10.2013

Günün ulduz falı - 01.10.2013

Qoç - yaşamınızda yeni mərhələ başlanır. Ciddi problemlər yaranır. Onlar təcili həlli tələb edir.
Mühüm addım atmağa qərar verin və fəaliyyətə başlayın.
Yaxın gələcəklə bağlı planlarınızı bəlirləyin.
Günün yaratdığı imkanlardan faydalanın, maraqlandığınız məsələni tərəfdaşla müzakirə edin.
Məlumat və informasiya mübadiləsi heç pis olmaz.
Günün ikinci yarısında şəxsi münasibətlər müstəvisində həll edilməmiş məsələləri çözün. Təmaslardakı köhnə sxemlərdən qurtulun, əlaqələri yeniləyin.
Ailə üzvlərinizin perspektivlərini düşünün. İndi onların maraqları sizin üçün ön planda olmalıdır.
 
Buğa - şövq və enerjiniz yetərincədir. Qüvvənizin tətbiqi üçün layiqli obyekt tapın.
Günün boş keçməməsi üçün cari işlərdə aktiv çalışın.
Ailə ilə bağlı qayğılar artır. Ailə üzvlərizin sizə ehtiyacı var. Onlar nə isə istəyir, nəyisə gözləyirlər.
Fiziki işlə məşğul olun. Təmir və yerdəyişmə işlərinə ailə fərdlərini də cəlb edin.
Yeni hiss, təəssüratlar, təcrübə zamanıdır.
Axşam saatlarında da qayğılar sizi qarabaqara izləyəcək. Nikbin və qətiyyətli olun.
 
Əkizlər - hadisələrin axarına süni təkan verməyin. Səhər saatlarından etibarən cari işləri görməyə başlayın. Təşəbbüslərlə tələsməyin.
Yaxın ətrafınızdakı insanlar hisslər və emosiyalarınıza təsir etməyə çalışacaqlar.
Pozitiv insanlarla ünsiyyətdə olun. Başa çatdıranda sizi razı salacaq işlərə başlayın.
Günün ikinci yarısında işlərin və olayların təfərrüatlarına fikir verin.
Eyni zamanda bir neçə mövzunu nəzarətdə saxlayın. Reallığa köklənməyinizə mane olan gərəksiz illüziyalarla vidalaşın.
Yeni biliklər və bacarıqlar, yaradıcılıq axtarışları üçün əlverişli zamandır. İnformasiyanı təhlil edin, material hazırlayın. İmkanlarınızdan maksimum yararlanın.
  
Xərçəng - qayğılar və problemlərlə zəngin gündür. Kiçik işlərin öhdəsindən gəlməyə çalışın. Belədə əhvalınız yaxşılaşacaq.
Hisslər yenilənəcək, əyləncə və istirahətə, gözəl əşyalara xərcləriniz artacaq.
Mümkün qədər yaxşı görünməyə çalışın, ətrafınızdakı insanlarda xoş təəssürat yaradın. Səylərinizi ev işlərinə də yönəldin.
Fəaliyyət müstəvisi ilə yaşam arealında qayda yaradın.
Axşam saatlarında aktiv istirahəti seçin.
 
Şir - nəyə qadir olduğunuzu göstərin. İndi uğurlarınıza xüsusilə həssas ola bilərsiniz. Yaşamınızda nəyisə köklü şəkildə dəyişmək imkanları yaranır. Əlavə problemlər və çətinlikilər yaranarsa, geri çəkilməyin.
Səbrli olsanız, nəticələr sizi sevindirəcək.
Günün ikinci yarısında olayları diqqətlə müşahidə edin.
Maraqlı informasiya, təklif ala bilərsiniz.
İşlərinizi qurun, danışıqlar aparın.
Yalnız sevdiyiniz insanları tərifləməyin. Məşğul olduğunuz işin formasına baxmayaraq təmkinli və səbrli olun.
Axşam saatlarında istirahətinizi maraqlı edin.
 
Qız - planlar və görülməsi gərəkən işlər çoxdur. Qüvvə və vaxt qıtlığı hesab olunur. Özünüzü gücə salmayın, eyni vaxtda çox iş görməyə çalışmayın. İşləri elə tənzimləyin ki, ifrat yorğunluq hiss etməyəsiniz.
Maraqlı ideyalardan yan keçməyin, onların reallaşdırılması yollarını götür-qoy edin.
Günün ikinci yarısı böyük potensiala malikdir. Vaxtı maraq və niyyətlərinizə uyğun olaraq planlaşdırın.
Hazırlıq işlərinə vaxtla diqqət ayırın.
Şəxsi münasibətlərdə sevdiyiniz insanın qayğısına qalın, sərt nəzarət tətbiq etməyin.
Güzəştə gedərək planları reallaşdırmaq üçün imkanlar əldə edin.
 
Tərəzi - aktiv, enerjilisiniz. Fəqət, tələsməyin: bəzi hadisələr sizin təşəbbüsünüz və iştirakınız olmadan yaşanacaq. Ehtiyac duyulan yerə gecikməyin. Əməldə və fikirlərdə dəqiq olun.
Yeni qərar qəbul etmək, hadisələrin məcrasını dəyişməyə cəhd göstərmək zərurəti yaradacaq informasiya ala bilərsiniz.
Günün ikinci yarısındakı təmayüllər planlarda yenilənmə vəd edir. Həmin planlar çalışdığınız kollektiv, həmfikirləriniz və dostlarınızla bağlıdır.
Perspektivlərlə bağlı razılaşma əldə etmək, imkan və qüvvənizin müsbət nümayişinə nail olmaq üçün yaxşı zamandır.
 
Əqrəb - hər işi, hər qərarı, hər addımı planlaşdırın. Düşünülməmiş addım atmayın. Planlaşdırdığınız tədbir zaman, vaxt, vasitə və güc tələb edir.
Təcili olmayan işləri minimuma endirin. Əsas işləri tam bitirməyə can atın.
Sizin üçün önəmli insanla bağlı ənənəvi hərəkətlər və adət etdiyiniz təmaslar sxemində ciddi yenilik olmalıdır.
Dəyişikliklərə can atın. Ciddi işə başlayanda çətinliklə qarşılaşsanız, tələsməyin.
İntuisiyanın səsini dinləyin.
Günün ikinci yarısında harasa yollanmaq, haradasa olmaq istəyi yarana bilər. 
Axşam saatları aktiv istirahət, dostlarla ünsiyyət, gəzinti üçün yaxşı vaxtdır.
 
Oxatan - perspektivlərinizi genişləndirməyin yollarını və vasitələrini arayın. Ambisioz, uzaq perspektivə hesablanmış planlar qurmaq olar. Yaşamınızda yeni yolu sınayın. Problemlərin həllinə və görüləsi işə yaradıcı yanaşın.
Günün ikinci yarısında çalışdığınız informasiya ilə bağlı dəyişikliklər, yaxud yeniliklər olacaq. Həmkarlarla təmaslara nəzər salın, bəzi əlaqələrdə islahatlar aparın.
Səfər və səyahətə hazırlaşmaq üçün uğurlu zamandır.
Bilik, informasiya, təcrübə əldə etməyə çalışın.
Ayın sonunadək formalaşacaq işlər məcrasının başlanğıcındasınız.
Nə istədiyinizi konkretləşdirin.
 
Oğlaq - alınan informasiyanı dəqiq təhlil edin. Yeni planlarınızda xüsusi yer ayırdığınız və ümid bağladığınız insanlarla əlaqə saxlayın.
Yüksək yaşam enerjisi səviyyəsi fəaliyyətinizdəki bütün problemli sahələri aktivləşdirir. Nəyi keçmişdə qoymağı, nəyi də gələcəyə aparmağın lazımlı olduğuna qərar verin.
Günün ikinci yarısında hisslərinizdəki xaos irəliləyişin əsas xəttini görməyə mane olmamalıdır.
Maraqlarınızı etibar etdiyiniz insanla bölüşmək şansını əldən verməyin. Maliyyə imkanlarınızı ciddi şəkildə nəzərdən keçirin. İtkilərə yol verməmək və stabilliyi qorumağın yollarını arayın.
Şəxsi münasibətlərdə simiclik etməyin.
 
Dolça - yeni planlar qurun, onları tərəfdaşlarla müzakirə edin. Yaşamınıza yeni enerji cəlb edin. Öz ideyalarınızı və yaxın ətrafınızdakı insanların planlarını müşahidə edin.
Tərəfdaş münasibətlərinə xüsusi fikir verin.
Qarşılıqlı əlaqələr və əməkdaşlıq sxemlərinin köhnəlməsinə imkan verməyin.
Sizi təmin etməyən məqamları yeniləri ilə əvəzləyin.
Lakin yeni münasibətlər qurmağa tələsməyin, hələlik cari əlaqələrlə kifayətlənin.
Zərərli vərdişlər, inadkar insanlardan qurtulun, yaşama arealını qaydaya salın.
Axşam saatları istirahət, dəvət aldığınız tədbirə qatılmaq üçün əlverişli zamandır.
 
Balıqlar - işgüzar fəaliyyətinizə və gələcəklə bağlı planlarınızda yeni mərhələ başlanır.
Qarşınıza konkret hədəflər qoyun, prioritetləri müəyyənləşdirin.
Hazırlığın müəyyən mərhələsini keçəndən sonra uğur şansı artacaq.
Qarşınıza yeni məqsədlər qoyun, onları dəqiq formalaşdırın. Məqsədə doğru yolda əlavə həlqəyə dönə bilcək insan tapın.
Günün ikinci yarısında sınanmış əlaqələr, işə salınmamış resursları və hətta cari problemlərdən faydalanın.
Müşahidə olunan çətinlikləri nəzərə alaraq perspektivləri tərəfdaşlarla müzakirə edin. İşlərin paylanmasında ədalətsizlik varsa, onu aradan qaldırın.
Nigaranlıq və narahatlıq yaranan vəziyyətlərdə intuisiyanıza güvənin.
Mənbə: Milli.Az
1 oktyabr 2013
GO BACK