Qadin.NET / İngilislər internetdə mübarizəni gücləndirirlər

İngilislər internetdə mübarizəni gücləndirirlər

 

Britaniyanın Müdafiə Nazirliyi bazar günü yeni kiberbölmənin yaradılması planları haqqında məlumat verib. Sözügedən bölmənin vəzifəsi son dərəcə mühüm dövlət rəqəmli məlumatlarının mühafizəsi, həmçinin gərək olduğu hallarda xarici kiberhücumlarla qarşıdurma olacaq. Milli.Az ICTnews-a istinadən bildirir ki, müdafiə naziri Filip Xemmond deyib ki, Birləşmiş Kiberehtiyat Bölməsi rəqəmli texnologiya və kibercasusluq əsrində Böyük Britaniyanın həm müdafiə, həm də hücum imkanlarının gücləndirilməsinə xidmət edəcək. Həmçinin Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri deyib ki, ekspertlərin aktiv işə qəbul olunma mərhələsi oktyabrda başlanacaq. Məlumatlara əsasən, quruma həm mülki mütəxəssislər, həm də hərbi ehtiyatda olanlar qəbul ediləcək.

 

Mənbə: Milli.Az
30 sentyabr 2013
GO BACK