Qadin.NET / Moskvada keçirilən hərracda Puşkinin “Ruslan və Lüdmila” kitabı 160 min dollara satılıb

Moskvada keçirilən hərracda Puşkinin “Ruslan və Lüdmila” kitabı 160 min dollara satılıb

 

 

Məşhur rus şairi Aleksandr Puşkinin ilk nəşr olunan əsərləri Rusiya paytaxtında hərraca çıxarılıb. APA-nın Moskva müxbirinin xəbərinə görə, paytaxtın “Nikitski Antik Kitab Evi”ndə keçirilən hərracda A. S. Puşkinin 1828-ci ildə nəşr olunan “Ruslan və Lüdmila” başda olmaqla, bir çox əsəri satışa qoyulub.Dahi şairin kitabları 2000 və 200.000 ABŞ dolları arasında qiymətə satılıb. Ən baha qiymətə satılan əsərlərdən biri 1818-20-ci illərdə yazılan “Ruslan və Lüdmila” əsəri olub. Belə ki, bu kitab 160 min ABŞ dollarına satılıb.

 

Mənbə: APA.Az

30 sentyabr 2013
GO BACK