Trend-in məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev əlavə edib ki, Ermənistan XİN rəhbəri unutmamalıdır ki, BMT TŞ-nin qəbul etdiyi qətnamələr Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, Ermənistanın isə işğalçı olduğunu təsdiq edir:"Rəsmi Yerevan başa düşməlidir ki, Azərbaycan ərazilərini azad etmək üçün bütün imkanlardan istifadə edəcək. Öz vətəndaşlarının hüquqlarını qorumaq Azərbaycan dövlətinin borcudur".
E.Nalbandyan demişdi ki, Azərbaycanın xeyli sayda hücum silahları toplaması təkcə regional deyil, həm də beynəlxalq şəraiti qeyri-sabitliklə təhdid edir.E.Abdullayev BMT TŞ-nin qətnaməsindən sitat gətirərək qeyd edib: "Azərbaycan torpaqlarının işğalının davam etməsi regionda sülhü qeyri-sabitliklə təhdid edir".Onun sözlərinə görə, E.Nalbandyanın bəyanatı həyasızlıqdan başqa bir şey deyil.
XİN rəsmisi bildirib: "Ərazisi işğal altında olan Azərbaycan hərbi gücünü möhkəmləndirməlidir".
Mənbə: Milli.Az