Taekvondo üzrə Azərbaycan millisi İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında 1 gümüş və 2 bürünc medal qazanıb.Trend Azərbaycan Taekvondo Federasiyasına istinadən məlumat verir ki, komandamızın heyətində yalnız finalda uduzan Günay Ağakişiyeva (57 kq) 2-ci yeri tutub.Türkanə Tahirli (46 kq) və Mikayıl Əliyev (54 kq) isə bürünc medalla kifayətlənib.
Mənbə: Trend.Az