Qadin.NET / Bağdadda terror aktları: 51 nəfər öldü, 150 nəfər yaralandı

Bağdadda terror aktları: 51 nəfər öldü, 150 nəfər yaralandı

 

 

Bu gün İraqın paytaxtı Bağdadda bir neçə avtomobilin partladılması nəticəsində ən azı 51 nəfər həlak olub, 150 nəfər yaralanıb. APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, Bağdadın şiələr yaşayan məhəllələrindəki dayanacaqlarda təxminən eyni vaxtda 20-dək avtomobil partladılıb.Terror aktlarına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Qeyd edək ki, sentyabrın 29-da şiə məscidinin partladılması nəticəsində də 40 nəfər həlak olub.

 

Mənbə: Milli.Az

 

30 sentyabr 2013
GO BACK