Təmir işləri ilə əlaqədar 30 sentyabr 2013-cü il tarixdə saat 10:00-dan "Cəfərabad" Avtomatik Qazpaylayıcı Stansiyasından qidalanan "Şəki-Cəfərabad" qaz ölçü qovşağında, saat 11:00-dan 15:00-dək "Qobustan" Qazpaylayıcı Stansiyasından qidalanan 219 mm-lik orta təzyiqli qaz kəmərində, saat 11:00-dan 18:00-dək isə "Goranboy", "Suraxanı" və "Biləsuvar-2" qaz ölçü qovşaqlarında təbii qaz təchizatı dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azəriqaz" İstehsalat Birliyinin yaydığı xəbərdə deyilir.
Təmir işləri aparılan müddətdə Şəki və Biləsuvar rayonlarına, həmçinin Goranboy, Qobustan və Suraxanı rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.
Mənbə: Milli.Az