Qadin.NET / Dünyanın ən bahalı 10 brendi müəyyənləşdi

Dünyanın ən bahalı 10 brendi müəyyənləşdi

 

"Apple" dünyanın ən bahalı brendi seçilib

APA-nın məlumatına görə, bu barədə məşhur "Interbrand" şirkətinin hesabatında deyilir.

Məlumata görə, reytinq müəllifləri "Apple" brendinin dəyərini 98,316 mlrd. ABŞ dolları dəyərində qiymətləndiriblər. Buna səbəb brendin dəyərinin 28% artmasıdır.Son 13 ildə bu siyahıya "Coca-Cola" brendi başçılıq edib. Bu brendin dəyəri cəmi 2% bahalaşaraq 79,213 mlrd. dollar olub və reytinq siyahısında üçüncü olub.Siyahıda ikinci yeri isə dəyərini 34% artıraraq 93,291 dollar olan "Google" tutub.
Reytinqdə ilk onluğuna, həmçinin IBM, "Microsoft", "Samsung", GE, "Intel", "McDonald's" brendləri də daxil olub. Dünyanın ən bahalı brendlərinin ilk onluğunu isə dəyəri 35,346 mlrd. dollar olan "Toyota" qapadır.

 

Mənbə: Milli.Az

30 sentyabr 2013
GO BACK