İran Prezidenti Həsən Ruhani ölkədən ABŞ-a birbaşa aviareysin açılması imkanını öyrənmək barədə tapşırıq verib.
Trend-in bazar ertəsi "Fars News" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Vətəndaşlarının İşi üzrə Ali Şuranın sədri Əkbər Torkan deyib. Ə.Torkanın sözlərinə əsasən, Prezident ölkə vətəndaşlarının rahatlığı üçün onların dünyada hərəkətini asanlaşdırmaq məqsədi ilə bağlı tapşırıq verib.
Mənbə: Milli.Az