Qadin.NET / TRT-nin baş direktoru Azərbaycanın ali məktəbinin fəxri doktoru adına layiq görülüb

TRT-nin baş direktoru Azərbaycanın ali məktəbinin fəxri doktoru adına layiq görülüb

 

TRT telekanalının baş direktoru İbrahim Şahin "Odlar Yurdu" Universitetinin fəxri doktoru adına layiq görülüb.

Trend-in məlumatına görə, bu münasibətlə Bakıda çıxış edən İ. Şahin qeyd edib ki, bu onun üçün çox vacib hadisədir: "Bu, beynəlxalq səviyyədə layiq görüldüyüm ilk addır". İ. Şahin bildirib ki, TRT telekanalı Azərbaycanın həqiqətlərini həmişə türkiyəli tamaşaçılara çatdırmağa çalışıb: "TRT fəaliyyəti dövründə Azərbaycan barəsində 13 mindən artıq proqram və xəbər hazırlayıb".Onun sözlərinə görə, Azərbaycan və Türkiyə dünyanın bir çox ölkələri üçün nümunədir: "Belə ki, Türkiyə 2023-cü ildə dünyanın 10 ən iri iqtisadiyyatına daxil olmaq niyyətindədir". Baş direktor vurğulayıb ki, Azərbaycanda iqtisadiyyatın möhkəmləndirilməsi demokratiyanın gücləndirilməsi ilə paralel aparılır: "Ölkədə keçiriləcək prezident seçkiləri bunun sübutu olacaq".

 

Mənbə: Milli.Az

30 sentyabr 2013
GO BACK