Qadin.NET / Ermənilərdən türklərə yeni təxribat: 1,5 milyon

Ermənilərdən türklərə yeni təxribat: 1,5 milyon

 

Bu ayindən sonra ermənilər torpaq və təzminat iddiaları ilə Türkiyəyə meydan oxuyacaqlar

 

I Dünya müharibəsində osmanlı dövləti tərəfindən öldürüldüyü iddia olunan 1.5 milyon erməni "erməni kilsələri şurası" tərəfindən müqəddəs elan ediləcək.
Anspress xəbər verir ki, Avrasiya Strateji Araşdırmaları Mərkəzinin verdiyi məlumata görə, bu məqsədlə yaxın günlərdə Ermənistanın paytaxtı İrəvanda mərasim keçiriləcək. Mərasimdə ilk dəfə Eçmiədzin yepiskopluğuna bağlı kilsələrlə yanaşı, erməni kilsəsinin Livandakı mərkəzinin nümayəndələri də iştirak edəcəklər.
Bildirilir ki, 400 ildən bəri ilk dəfə belə bir mərasim keçirilir və axırıncı dəfə belə bir ayin 1651-ci ildə baş tutub.
Tədbirdə ermənilərin öz millətlərinin gələcəyi üçün yeni qərarlar qəbul edəcəyi, torpaq və təzminat iddiaları ilə Türkiyə Cümhuriyyətinə meydan oxuyacağı istisna edilmir.

 

Mənbə: Milli.Az

30 sentyabr 2013
GO BACK