Qadin.NET / Dünyada ilk dəfə: 6 yaşlı oğlan qız oldu

Dünyada ilk dəfə: 6 yaşlı oğlan qız oldu

 

Argentinada cəmi 6 yaşı olan oğlan cinsiyyət dəyişdirmə əməliyyatına məruz qalaraq qız olub. Milli.Az İnternational Business Times-a istinadən bildirir ki, əvvəllər Manuel olmuş Luana və ya Lulu adlı bu uşaq bu minvalla 2012-ci ilin mayında Argentina parlamentində qəbul olunmuş "Gender identikliyi haqqında" qanundan yararlanmış ən gənc ölkə vətəndaşına çevrildi. Həmin qanun psixiatrik müalicə və ya müvafiq cərrahiyyə əməliyyatlarının işə yaramadığı təqdirdə cinsiyyətini dəyişdirməyə icazə verir.Lulunun ailəsinin müraciətini paytaxt Buenos-Ayresin Ali Məhkəməsi təsdiqləyib.Əvvəl oğlan olan, indisə qıza "dönən" uşağın anası Qabriela Argentina prezidenti Kristina Kirşnerə də məktub yazmışdı.Əkiz qardaşları olan Lulunun ailəsi ötən aylarda da məhkəməyə müraciət etmiş, amma müraciət rədd edilmişdi.Luana və ya Lulu dünyada məhkəmə qərarı verilməmiş cinsiyyəti dəyişdirilmiş ilk uşaqdır.

Mənbə: Milli.Az
30 sentyabr 2013
GO BACK