Qadin.NET / Fransanın Vien şəhərinin meri erməni işğalı altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər edib

Fransanın Vien şəhərinin meri erməni işğalı altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər edib

 

 

Bakı -APA. Fransanın Vien şəhərinin meri Jak Remyenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edib.APA-nın “Armenia Today”ə istinadən xəbərinə görə, səfər çərçivəsində Jak Remye Xankəndidə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb. Görüşdə ikitərəfli və şəhərlərarası əlaqələrin inkişafı, təhsil və səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bako Saakyan “Artsax-Fransa dostluq qrupu”ndakı aktiv fəaliyyətinə görə Jak Remyeyə təşəkkürünü bildirib.

 

 

 

Mənbə: Milli.Az

30 sentyabr 2013
GO BACK