Qadin.NET / Bu gündən etibarən çağırışçılar hansı hərbi hissəyə düşdüklərini rahat öyrənə biləcəklər

Bu gündən etibarən çağırışçılar hansı hərbi hissəyə düşdüklərini rahat öyrənə biləcəklər

 

Orduya çağırılanlar bu gündən - sentyabrın 30-dan etibarən Səfərbərlik Xidmətinin rəsmi saytından istifadə etməklə hansı hərbi hissəyə düşdüklərini öyrənə biləcəklər.
Bu barədə Trend-ə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycanda oktyabr ayında orduya çağırılan şəxslər bu gündən - sentyabrın 30-dan etibarən Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytından düşdükləri qoşun növü və hərbi hissə barədə məlumatları əldə edə biləcəklər. Gün ərzində məlumat sistemi aktivəşdirildikdən sonra çağırışçılar www.seferberlik.gov.az saytındakı Hərbi Xidmət bölməsinə daxil olaraq özləri barədə informasiyaları daxil etməklə hansı hərbi hissəyə düşdüklərini öyrənə bilərlər.
Qeyd edək ki, bundan öncəki çağırış vaxtı yüklənmələrin çox olmasından ilk dəfə bu ilin iyul ayında istifadəyə verilmiş sistemdə müəyyən problemlər yaranmışdı. Dövlət Xidməti oktyabr çağırışı ərzində yüklənmələr nəticəsində meydana çıxa biləcək hər hansı problemin qarşısının alınması istiqamətində profilaktik işlər aparır.

 

 

Mənbə: Milli.Az

30 sentyabr 2013
GO BACK