Qadin.NET / Ağacda 250 növ alma bitir

Ağacda 250 növ alma bitir

 

Ağacda 250 növ alma bitir
İngilis Pol Barnett, deyəsən, rusiyalı alim İvan Miçurinin yolunu təkrarlayır. 20 ildən bəri bağında qəribə ağac yetişdirən və ona qulluq edən Barnett sonucda unikal nəticəyə nail olub. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Qərbi Sasseks qraflığındakı Çiçester şəhərinin yaxınlığında yerləşən Çidhemdə yaşayan Pol Barnettin yetişdirdiyi unikal ağacda 250 növ alma bitir. Ağacda 1883-cü ildə əldə edilmiş alma növlərinin nümunələri də var. Ümumiyyətlə, hazırda dünyada 6 mindən artıq alma növü var və onların 2 mindən artığının nümunələri İngiltərənin Kent qraflığında Milli Meyvə Kolleksiyasında qorunur. 40 yaşlı Barnettin dediyinə görə, uşaqlıq illərindən bağda çalışır. "Bağban olmağı arzulayırdım və istəyirdim ki, dünyanın ən qəribə, ən gözəl alma ağacı məndə olsun. İllərlə çalışdım, axırda niyyətimə çatdım. Bu ağaca hər il müxtəlif alma növlərini calaq etdim və nəticədə belə gözəllik alındı", - Barnett söyləyib.

 

Mənbə: Milli.Az
30 sentyabr 2013
GO BACK