Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi bəlli olmaq üzrədir. Milli.Az Milliyet-ə istinadən bildirir ki, italyan mütəxəssis Roberto Mançini klubun prezidenti Ünal Aysalla görüşmək üçün bu axşam İstanbula gəlir. Ünal Aysalın istəyilə İtaliyada Mançini ilə görüşən Bülent Tulunun ilk cəhdi uğursuz olmuşdu. "Sarı-qırmızılılar"dan ilinə 8 milyon avro istəyən mütəxəssisin təklifi klubu düşünməyə vadar etmişdi. Bu səbəbdən klub nəzərlərini Dik Advokaata çevirdi. Hollandiyaya gedən Tulun oradan da vaxt istənildiyini xəbər verdi. Aysal isə Mançininin gətirilməsini israr edincə, onunla danışıqların ikinci mərhələsi başlanıb. İtaliyalının təklifi qəbul edərək, imza atmağa hazır olduğu bildirilir. Aysalın Mançini ilə bağlı son qərarı və rəsmi açıqlamanı yaxın zamanda verəcəyi deyilir.