Qadin.NET / İran Prezidentinə çəkmə atan şəxslər həbs olundu

İran Prezidentinə çəkmə atan şəxslər həbs olundu

 

 

Polis İran Prezidenti Həsən Ruhaninin Tehran hava limanına gəlişi zamanı asayişi pozmaqda şübhəli bilinən iki nəfəri saxlayıb.

Trend "Mehr" agentliyinə istinadən məlumat verir ki, iş üzrə araşdırma aparılır.Qeyd edək ki, BMT Baş Assambleyasının sessiyasında H.Ruhaninin göstərdiyi mövqedən narazı qalanlar dövlət başçısı Nyu-Yorkdan Tehrana gələn zaman aeroporta toplaşaraq etiraz etmişdilər. Hətta bir neçə nəfər Prezidentə çəkmə atmışdı.

 

Mənbə: Trend.az

29 sentyabr 2013
GO BACK