Qadin.NET / Yunanıstanda Soçi-2014-ün Olimpiya məşəlini yandırdılar

Yunanıstanda Soçi-2014-ün Olimpiya məşəlini yandırdılar

 

 

Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarının məşəli bu gün Qədim Yunanıstanda, qədim olimpiya oyunlarının vətənində yandırılıb.

Milli.Az Day.Az-a istinadən bildirir ki, bu barədə İTAR-TASS xəbər verir. 
Məşəlin alovlandırılması mərasimi ilahə Geranın məbədinin xarabalıqlarında keçirilib. Baş kahin rolunu oynayan aktrisa İno Meneqaki Olimpiya məşəlini Günəş şüasından alovlandırıb. Mərasimin əsas şərti də odur ki, heç bir süni od mənbəyindən istifadə edilməsin. Məşəl yalnız Günəş şüalarından od almalıdır. Şüalar böyük əyri güzgüdən düşür və Olimpiya oyunlarının keçirilməsinə təbiətin və tanrıların razılığı kimi simvolizə edilir. 
Bu gün təbiət mərasim iştirakçılarına çətinlik yaşatmayıb, məşəli güzgüyə yaxınlaşdırandan bir neçə saniyə sonra o, od alıb. Olimpiya məşəlindən başqa bir neçə xüsusi lampada da yandırılıb ki, məşəl sönərsə, onu yenidən yandırsınlar. 

Mənbə: Milli.az

29 sentyabr 2013
GO BACK