Çelyabinsk meteoriti böyüklükdə səma cismi ötən gecə Yerin lap yaxınlığından keçib. Milli.Az Day.az-a istinadən bildirir ki, bu barədə İTAR-TASS-a Moskva Dövlət Universitetinin (MDU) astronomiya bölməsinin professoru Vladimir Lipunov deyib.
"Ötən gecə, Ayın orbitinin arxasından Yerə yaxınlaşan səma cismi qeydə aldıq. O, planetimizdən 11 min km aralı keçdi, - professor deyib. - Onun ölçüləri Çelyabinsk meteoriti ilə demək olar ki, eyni idi. Çox güman ki, Yerin yaxınlığından keçən obyekt raket hissəsi deyil, məhz asteroid idi, tədqiqatımızıın nəticəsi belə deməyə əsas verir".
Onun sözlərinə görə, Yerin yanından asteroidin ötməsini MDU-da yaradılmış "Master" robotlaşdırılmış sistemi vasitəsilə qeydə almaq mümkün olub. "O, kosmik cisimlərin əsaslı tədqiqi üçündür, lakin Çelyabinsk meteoriti kimi obyektləri də tapmağa kömək edir", - Lipunov deyib. Alim bildirir ki, Yer üçün potensial təhlükə olan səma cisimlərini müşahidə etmək üçün ümumi sistem yaradılmalıdır: "Çelyabinsk meteoriti harayasa bataqlığa düşdü, şəhərə ziyan dəymədi. İndii təsəvvür edin ki, o, AES-ə düşsə, nələr olardı…" NASA-nın məlumatına görə, Çelyabinsk meteoritinin ölçüsü 17 m, çəkisi isə 10 min tona bərabərdi.Sentyabrın 10-da Çebarkul gölündə "Çelyabinsk" meteoritinin çıxarılması üçün "Aleut" firması işə başlayıb. Gölə xüsusi avadanlıqlar salınıb.
Mənbə: Milli.Az