II Dünya Müharibəsindən sonrakı dövrün böyük bir hissəsini Avstriyada hakimiyyətdə olan solçu-mərkəz koalisiya hökuməti iqtidardan gedə bilər. Bu gün Avstriyada keçirilən parlament seçkiləri bunun baş verib-verməyəcəyini müəyyənləşdirəcək.
Anspress xəbər verir ki, 5 il əvvəl baş tutan bundan əvvəlki seçkilərdə "Sosialistlər partiyası" seçicilərin 29%-nin, onun koalisiya müttəfiqi "Xalq Partiyası" isə səslərin 26%-ni toplayaraq, hökuməti formalaşdırmışdı.
Budəfəki seçkilərdə isə onlara rəqib iki liberal partiyanın - "BZO" və "Neonasistlər"in parlamentə keçmək şansı yüksək qiymətləndirilir. "Yaşıllar" partiyasının və "Azadlıq" partiyasının sağçı qolunun da 5 faizlik baryeri aşacağı proqnozlaşdırılır.
Mənbə: Milli.az