Qadin.NET / Döyüş oyunlarında Cenevrə Konvensiyası

Döyüş oyunlarında Cenevrə Konvensiyası

Beynəlxalq Qırmızı Xaç Komitəsi müharibələrə həsr olunmuş kompüter oyunlarının yaradıcılarından xahiş edib ki, oyun qaydalarına müharibə, döyüş qaydaları normaları haqda Cenevrə Konvensiyasını əlavə etsinlər.
Milli.Az İnterfax-a istinadən bildirir ki, bu barədə BBC radiosu məlumat yayıb. 
Təşkilatın nümayəndələrinin sözlərinə görə, bir çox döyüş oyunlarının qaydaları təcavüzkarlığı təqdir edir, o dərəcəyə çatır ki, oyunçulara hərbi cinayət törətməyə - dinc əhalini qırmağa və işgəncə verməyə icazə verir. 
Kompüter oyunu istehsalı şirkətlərindən biri Bohemia Interactive Studio-nun nümayəndəsi BBC-yə bildirib ki, studiya artıq Qırmızı Xaç Komitəsinin təklifini qəbul edib

 

Mənbə: Milli.az

29 sentyabr 2013
GO BACK