Qadin.NET / "Kəpəz" yenidən çətin sınaq qarşısındadır

"Kəpəz" yenidən çətin sınaq qarşısındadır

 

Milli.Az xəbər verir ki, futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda püşkün nəticəsinə əsasən, ilk dörd turda iddialı rəqiblərlə üz-üzə gəlməli olan "Kəpəz" yenidən çətin sınaq qarşısındadır. 3-cü turda "Qaradağ Lökbatan"la qarşılaşacaq komanda səfər oyunundan bir gün əvvəl Bakıya yollanıb. Gəncəlilər matç öncəsi son məşqi görüşün reallaşacağı arenada keçiriblər. 
Bununla belə, komanda qarşıdakı oyunla bağlı hazırlıq prosesinin əsas hissəsini Samuxun Aşağı Ağasıbəyli kənd stadionunda keçib. Gəncəlilərin heyətində itki yoxdur. Yeganə zədəli futbolçu olan və ötən turu buraxanKamran Babayev də artıq sıraya dönüb. Yarımmüdafiəçinin 21 yaşlı olması limitlə bağlı çətinliklər yaşayan məşqçiləri daha da sevindirir.
"Kəpəz"in baş məşqçisi Vidadi Rzayev: "Oyuna proqram əsasında hazırlaşmışıq. Necə hazırlaşdığımızı oyun göstərəcək. Elə futbolçular var, fiziki durumu normaldır, amma bəziləri haqda belə demək olmaz. Məşq keçməyən olub. Hansı məşqçi deyər ki, uduzmağa gedirik.  Rəqib güclü olsa da, xal gətirməyə yollanırıq".
Nizami yurdunun təmsilçisi geniş tərkibli heyətə malikdir. PFL-ə 27 futbolçunu sifariş edən Vidadi Rzayev komandanın gec yığılması ilə bağlı istədiyi transferləri həyata keçirə bilməyib. Elə bu səbəbdən ki, "Kəpəz" futbolçu axtarışlarını davam etdirir. Bu günlərdə isə düşərgəyə baxışa bir əcnəbi oyunçu gəlib. Amma Seneqaldan olan və dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən legioner bəyənilməyərək geri göndərilib.
"Komandanı komplektləşmiş saymaq olmaz. Komanda gec yığıldı. Yerli uşaqların bəzilərini digər klublardan icarəyə götürdük. 21 yaşlı futbolçularımız çatışmır".
Vidadi Rzayev başçılıq etdiyi məşqçilər korpusunu da genişləndirməyi planlaşdırır. Hazırda əsas köməkçisi Azər Məmmədov və seleksiyaçı məşqçiFüzuli Allahverdiyevlə çalışan Rzayev daha bir mütəxəssisə ehtiyac duyur. Рћ, qapıçılarla işləyən məşqçi axtarışındadır. Bu postda bir müddətdir ki, klub rəhbərliyi tərəfindən Nadir Şükürovun namizədliyi gözdən keçirilir. Şükürovun namizədliyinə baş məşqçi də müsbət yanaşır. Vidadi müəllim iki il öncə Mehman Allahverdiyevin rəhbərliyi altında birgə çalışdığı keçmiş qolkiperin köməyinə ehtiyac duyur.
Mənbə: Milli.Az
29 sentyabr 2013
GO BACK